logo
logo logo
logo

Mirziyoyev Mikayıl Cabbarovu qəbul etdi - FOTO

23:16 - 17 İyul 2026

Mirziyoyev Mikayıl Cabbarovu qəbul etdi - FOTO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak üçün bu ölkədə işgüzar səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.


Manset.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyat naziri görüşdə Prezident İlham Əliyevin salamlarını Özbəkistan Prezidentinə çatdırıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də öz növbəsində ölkəmizin dövlət başçısına salamlarını çatdıraraq Azərbaycan-Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qəbul zamanı dövlət başçılarının siyasi iradəsi və birgə səyləri nəticəsində Azərbaycan-Özbəkistan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyi, strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin formalaşdığı vurğulanıb. İqtisadi əməkdaşlığın şaxələndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin təşviqi, biznes əlaqələrinin gücləndirilməsi və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az