Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Rəşad Eynəddin oğlu Məmmədov geri çağırılıb.
Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamına əsasən, R.Məmmədov Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Manset.az bir müddət əvvəl Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun diplomatik missiyasının başa çatacağını və onun böyük ehtimalla Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunacağı ilə bağlı xəbər yayımlamışdı.