logo
logo logo
logo

Ceyhun Bayramov yeni səfiri qəbul etdi - FOTO

18:14 - 28 İyul 2026

Ceyhun Bayramov yeni səfiri qəbul etdi - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.


Bu barədə Manset.az-a XİN-dən məlumat verilib.

    Səfir Dirk Lölke etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

    Görüş zamanı, Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, nəqliyyat-kommunikasiya, humanitar və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına son səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyduğu, İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının vacibliyi, mövcud əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

    Tərəflər Azərbaycan və Almaniya xalqlarını birləşdirən iki əsrə yaxın tarixi əlaqələrin və zəngin irsin bu gün də münasibətlərin inkişafı üçün mühüm təməl rolunu oynadığını qeyd edərək, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mövcud potensialı müzakirə ediblər.

    Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan–Ermənistan normallaşma prosesi və dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan səylər barədə məlumat verib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az