Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.
Manset.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in “X” hesabında paylaşılıb.
Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb.
***
09:09
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.
Manset.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və digər yüksəksəviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.