Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Eyni zamanda daha bir Sərəncamla Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər Sərəncamı ilə F.İsmayılov isə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilib.