logo
logo logo
logo

Ceyhun Bayramov Kirill Budanov ilə görüşdü

20:34 - 06 Avqust 2026

Ceyhun Bayramov Kirill Budanov ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ilə görüşüb.


Manset.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları təqdir edərək, ikitərəfli münasibətlərin gələcək inkişafına verilən töhfəni vurğulayıblar.

Onlar siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Görüşdə dəyişməkdə olan regional və beynəlxalq təhlükəsizlik mühiti, cari geosiyasi proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin Azərbaycan və Ukrayna arasında qarşılıqlı maraq doğuran sahələr üzrə davamlı təmasların və praktiki əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq ediblər.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az