logo
logo logo
logo

2 saylı təcridxanada Ombudsman tədbiri keçirildi

11:29 - 07 Avqust 2026

2 saylı təcridxanada Ombudsman tədbiri keçirildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslərin iştirakı ilə “Ombudsmanın Milli Preventiv Mexanizm mandatı işgəncələrin qarşısının alınmasında mühüm vasitə kimi” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib. 


Manset.az xəbər verir ki, tədbirdə Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov iştirakçılara Ombudsmanın Milli Preventiv Mexanizm mandatı, eləcə də həbs yerlərində saxlanılan şəxslərin, təqsirləndirilən şəxslərin və məhkumların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, Ombudsmana müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Tədbirdən sonra Müvəkkilə müraciət etmək istəyən şəxslərlə konfidensial qaydada fərdi qəbul keçirilib və müraciətləri baxılması üçün qəbul olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az