logo
logo logo
logo

Azərbaycanla Ukrayna arasında bu Saziş təsdiq edildi

13:40 - 10 Avqust 2026

Azərbaycanla Ukrayna arasında bu Saziş təsdiq edildi

Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək.


Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiqi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, sözügedən saziş 2025-ci il noyabrın 1-də Bakı şəhərində imzalanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az