logo
logo logo
logo

"Göstəriş verildi ki, 217 müasir rayonlararası avtobus alınsın"

22:55 - 11 Avqust 2026

\"Göstəriş verildi ki, 217 müasir rayonlararası avtobus alınsın\"

"Naxçıvan Muxtar Respublikasında şəhərlərarası, rayonlararası nəqliyyatda problem var".


Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə zamanı bildirib.

"Bilirəm ki, şəhərlərarası, rayonlararası nəqliyyatda problem var. Göstəriş verildi ki, 217 müasir rayonlararası avtobus alınsın, bu il və gələn il marşruta buraxılsın", - Prezident vurğulayıb.

Dövlət başçısı Naxçıvanda yollarla bağlı görüləcək işlərdən də danışıb:

“Yollar da siz də gördünüz, yaxşı vəziyyətdədir. Amma kənd yolları var, yenə də hələ nasaz vəziyyətdə yollar var və hesablamalar aparılıb. Hardasa 420 kilometr uzunluğu olan müxtəlif kateqoriyalı yolların həm çəkilişi, həm əsaslı təmiri nəzərdə tutulur. Bu yaşayış məntəqələrində yaşayan əhalinin sayı 160 mindir. 26 yaşayış məntəqəsidir. Bu məsələ öz həllini tapacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az