Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqlənib.
Manset.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, Anlaşma Memorandumu bu il iyunun 2-də Minsk şəhərində imzalanıb.