logo
logo logo
logo

İlham Əliyev Gülərin arzusunu belə reallaşdırdı - Dövlət başçısından JEST

12:36 - 19 Avqust 2026

İlham Əliyev Gülərin arzusunu belə reallaşdırdı - Dövlət başçısından JEST

Xəbər verdiyimiz kimi, iyulun 11-də Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşmüşdü.


Manset.az xəbər verir ki, görüş zamanı kənd sakini Əsəd Əsədovun ailəsi ilə söhbət edən dövlət başçısından balaca Gülər Əsədova traktor istəyib.

AzTV komandası Kiçik Qaladərəsi kəndində olub, həm kəndə qayıdışdan sonra burada həyatın necə canlandığını, həm də balaca Gülərin arzusunun necə gerçəkləşdiyini lentə alıb.

Qeyd edək ki, Böyük Qayıdış çərçivəsində sakinlərini qarşılayan Kiçik Qaladərəsi kəndinə ilkin mərhələdə 15 ailə – 51 nəfər köçürülüb. Kəndə qayıdış prosesi ilin sonunadək davam edəcək.

Balaca Gülərin Prezidentdən istədiyi traktor isə artıq Əsədovlar ailəsinə təqdim olunub. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az