Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Bakıya səfəri çərçivəsində Bizim.Media-ya eksklüziv müsahibə verib.
Manset.az Bizim.media-ya istinadən xəbər verir ki, 2004-2008-ci illərdə Ukraynaya rəhbərlik etmiş Yuşenko baş redaktor Anar Tahirovun suallarını cavablandırıb.
Sabiq prezident müsahibədə Azərbaycan-Ukrayna münasibətlərinin dünəni, bu günü və gələcəyindən söz açıb, xalqlarımız arasında dostluq münasibətlərini yüksək qiymətləndirib. Sabiq prezident Azərbaycanın regionun lider ölkəsi olmasını, o cümlədən Ukrayanaya göstərdiyi yardımları xüsusi vurğulayıb.