logo
logo logo
logo

17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

09:29 - 20 Avqust 2026

17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.


Manset.az xəbər verir ki, Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqində və beynəlxalq təşkilatların nümayəndələrinə, habelə beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakda ittiham edilir.

Ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az