logo
logo logo
logo

"Azərbaycan Böyük Britaniyanın mühüm iqtisadi tərəfdaşıdır" - Dankan Norman 

11:30 - 21 Avqust 2026

\"Azərbaycan Böyük Britaniyanın mühüm iqtisadi tərəfdaşıdır\" - Dankan Norman 

"Azərbaycan Böyük Britaniyanın mühüm iqtisadi tərəfdaşıdır".


Manset.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında bildirib.

"Biz ticarət, investisiya və regional bağlantı sahələrində əlaqələrin dərinləşdirilməsi vasitəsilə iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyirik. Bu, həm Britaniya və Azərbaycan xalqlarına, həm də müəssisələrə fayda gətirəcək, gələcək nəsillər üçün sabit və firavan iqtisadi mühit yaradacaq", - o bildirib.

Diplomat qeyd edib ki, BP-nin bazara daxil olmasından bəri ötən 30 il ərzində energetika Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlərin əsasını təşkil edir.

"Biz bu irslə fəxr edirik. Enerji keçidini, Böyük Britaniyanın təmiz enerji sektoruna investisiyalarını dəstəkləmək və Azərbaycanın bərpa olunan enerji sahəsindəki potensialından istifadə etmək məqsədilə sıx əməkdaşlıq edirik", - səfir vurğulayıb.

O əlavə edib ki, Britaniya şirkətləri bir sıra digər sahələrdə də fəaliyyət göstərir.

"Biz Azərbaycanı nəqliyyat, infrastruktur, maliyyə və məlumatlar sahəsində təbii regional mərkəz kimi qiymətləndiririk", - D.Norman bildirib.

O əlavə edib ki, təhsil iki ölkə arasındakı münasibətlərin ən güclü sütunlarından biridir.

"Bu il Böyük Britaniya dövlət proqramı çərçivəsində xaricdə təhsil alan gənc azərbaycanlılar arasında yenidən ən populyar istiqamət olub: tələbələrin 61 %-i dünya səviyyəsində təhsil aldıqları Britaniya universitetlərini seçiblər", - o qeyd edib.

Diplomatın sözlərinə görə, Böyük Britaniya hökumətinin maliyyələşdirdiyi "Chevening" proqramı bu əlaqələri daha da möhkəmləndirir və hazırda proqramda iştirak etmək üçün müraciət etmək mümkündür.

"Biz müsbət dəyişikliklərə can atan istedadlı Azərbaycan vətəndaşlarını müraciət etməyə çağırırıq", - səfir bildirib.

O vurğulayıb ki, Böyük Britaniya təhsil və elm sahəsində yeni tərəfdaşlıqlar, süni intellekt və rəqəmsal transformasiyaya investisiyalar, həmçinin hər iki ölkədə gələcəkdə tələbin olacağı bacarıqların inkişafı və iş yerlərinin yaradılması hesabına əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az