logo
logo logo
logo

İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

17:33 - 23 Avqust 2026

İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi dövlət səfəri ilə Azərbaycana gəlməyə dəvət edib.


Manset.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti bunu mətbuata birgə bəyanat zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Özbəkistanda həyata keçirilən islahatlar, eləcə də Mirziyoyevin israrı və müdrikliyi sayəsində ölkədə əlverişli investisiya mühiti formalaşıb.

"Biz sizin dost və qardaşlarınız olaraq buna səmimi qəlbdən sevinir və əminik ki, qarşınıza qoyduğunuz bütün planlar həyata keçiriləcək. Ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün birlikdə çalışacağıq. Sonda sizi münasib vaxtda dövlət səfəri ilə Azərbaycana gəlməyə dəvət etmək istərdim", – deyə İ. Əliyev bildirib.

Özbəkistan Prezidenti dəvəti qəbul edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az