logo
logo logo
logo

Prezidentdən Formula 1-lə bağlı SƏRƏNCAM

16:35 - 25 Avqust 2026

Prezidentdən Formula 1-lə bağlı SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Formula 1 yarışının keçirilməsi ilə əlaqədar viza prosedurunun sadələşdirilməsi ilə əlaqədar Sərəncam imzalayıb.


Manset.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən yarışa gələn şəxslər müvafiq sənədi təqdim etdikdən sonra 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Viza üçün təqdim olunmalı sənədlər siyahısına Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd daxildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az