logo
logo logo
logo

Əminə Ərdoğan Mehriban Əliyevaya zəng etdi 

18:33 - 26 Avqust 2026

Əminə Ərdoğan Mehriban Əliyevaya zəng etdi 

Avqustun 26-da Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.


Manset.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və yeni müvəffəqiyyətlər arzulayıb.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin dünyada böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti göstərilən diqqətə və təbriklərə görə təşəkkür edib.

Telefon söhbəti əsnasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın səmimi görüşləri məmnunluqla xatırlanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğan qardaşlıq və strateji müttəfiqlik əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az