logo
logo logo
logo

"Kərki Azərbaycanındır" - Paşinyan  

14:08 - 11 Sentyabr 2026

\"Kərki Azərbaycanındır\" - Paşinyan  

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Kərki kəndinin delimitasiya prosesi çərçivəsində geri qaytarılması məsələsinə münasibət bildirib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, Paşinyan ermənilərin “Tiqranaşen” adlandırdığı yaşayış məntəqəsinin mövcudluğunu davam etdirəcəyini, lakin harada yerləşəcəyinin başqa məsələ olduğunu deyib.

“‘Tiqranaşen’ yaşayış məntəqəsi olacaq, amma harada – bu, başqa sualdır”, – Ermənistanın Baş naziri bildirib.

Paşinyan bir daha vurğulayıb ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinə Kərki və Azərbaycanın digər anklavları daxil deyil. Onun sözlərinə görə, həmin əraziyə Ermənistanın Azərbaycandakı anklavı olan Başkənd daxildir.

Ermənistanın Baş naziri Kərkinin Azərbaycana qaytarılmasına imkan verməyəcəklərini deyən qüvvələri müharibəyə təhrikçilikdə ittiham edib:

“‘Biz imkan verməyəcəyik’ deyənlər müharibəyə təhrik edirlər. Məsələnin necə həll olunacağı başqa mövzudur. Faktın təsbit edilməsi bir şey, onun ərazidə necə həll olunması isə başqa şeydir”.

Paşinyan daha əvvəl də xəritələrə əsasən Kərkinin Ermənistan ərazisi olmadığını açıqlamışdı. O bildirmişdi ki, anklavlarla bağlı məsələlər delimitasiya və sülh prosesi çərçivəsində həll edilməlidir.

Qeyd edək ki, Kərki Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna aid anklav kəndidir. Kənd 1990-cı ildən Ermənistanın nəzarəti altındadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az