logo
logo logo
logo

Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıldı

23:14 - 22 Sentyabr 2026

Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıldı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri Xəlilür Rəhmanla görüşüb.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Tərəflər BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı Azərbaycanın BMT-nin fəaliyyətində fəal iştirakı və aktual qlobal çağırışların həllində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az