logo
logo logo
logo

Ceyhun Bayramov BQXK prezidenti ilə görüşdü - FOTO

20:32 - 23 Sentyabr 2026

Ceyhun Bayramov BQXK prezidenti ilə görüşdü - FOTO

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spoljariclə görüşüb.


Manset.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

    Görüşdə Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

    Tərəflər Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti, keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər və itkin şəxslərin taleyinin müəyyənləşdirilməsinin zəruriliyi barədə fikir mübadiləsi aparıblar.

    Azərbaycan beynəlxalq humanitar hüquqa və humanitar prinsiplərə sadiqliyini bir daha təsdiqləyib.

    Görüşdə BQXK ilə qarşılıqlı maraqlar əsasında dialoqun davam etdirilməsinin vacibliyi də vurğulanıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az