logo
logo logo
logo

XİN də Qazaxıstana başsağlığı verdi 

15:56 - 24 Sentyabr 2026

XİN də Qazaxıstana başsağlığı verdi 

Azərbaycan Xarici İşlər Nazirliyi Xəzər dənizində təlim zamanı qazaxıstanlı hərbçilərin həlak olması ilə bağlı başsağlığı verib. 


Manset.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı insan tələfatı ilə nəticələnən faciə bizi dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuların ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bu çətin anlarda mərhumların ailələrinə səbr və dözüm diləyirik. İtkin düşənlərin sağ-salamat tapılacağına ümid edir, xəsarət alan hərbi qulluqçuya şəfa diləyirik”, - paylaşımda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az