logo
logo logo
logo

Azərbaycan və Almaniya iqtisadi əməkdaşlığın inkişafını müzakirə etdilər 

18:12 - 02 Oktyabr 2026

Azərbaycan və Almaniya iqtisadi əməkdaşlığın inkişafını müzakirə etdilər 

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke iqtisadi əməkdaşlığın genişləndirilməsi və iki ölkənin şirkətləri üçün yeni bazar imkanlarının açılmasını müzakirə ediblər.


Manset.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkələrdəki hesabında bildiriilir.

Paylaşımda qeyd olunub ki, Almaniya-Azərbaycan iqtisadi əlaqələri müsbət məcrada inkişaf edir.

"İstər Azərbaycan energetikası, istər Almaniya texnologiyaları, istərsə də nəqliyyat və digər bağlantılar sahəsində birgə layihələr olsun – hər iki ölkənin şirkətləri üçün yeni imkanların açılması istiqamətində böyük potensial mövcuddur", - məlumatda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az