logo
logo logo
logo

Laos Prezidenti Zəfər parkı və Fəxri xiyabanda - FOTOLAR (YENİLƏNDİ)

14:45 - 13 Oktyabr 2026

Laos Prezidenti Zəfər parkı və Fəxri xiyabanda - FOTOLAR (YENİLƏNDİ)

Laos Prezidenti Thonqlun Sisulit bu gün Bakıda Zəfər parkını ziyarət edib.


Manset.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb .

Laos Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

***

Azərbaycanda rəsmi səfərdə olan Laos Prezidenti Thonqlun Sisulit bu gün Fəxri xiyabanı ziyarət edib.

Laos Prezidenti burada Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib.

Laos Prezidenti Thonqlun Sisulit görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzüb.














Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az