logo
logo logo
logo

İlham Əliyev Hikmət Çetinin ailəsinə başsağlığı verdi 

15:10 - 25 Noyabr 2026

İlham Əliyev Hikmət Çetinin ailəsinə başsağlığı verdi 

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çetinin ailəsinə başsağlığı məktubu ünvanlayıb.


Manset.az xəbər verir ki, məktubda deyilir:

“Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.

Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az