İlham Əliyev Ərdoğana zəng etdi

20:09 - 05 Fevral 2022

İlham Əliyev Ərdoğana zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Manset.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxan Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana tezliklə sağalmalarını diləyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub. R.T.Ərdoğanda koronavirusun “Omikron” ştamı aşkarlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az