İşdən çıxan nazir müavini direktor təyin olundu - FOTO

15:25 - 07 Fevral 2022

İşdən çıxan nazir müavini direktor təyin olundu - FOTO

Təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyevanın yeni iş yeri bəlli olub.

 

 

Manset.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, sabiq nazir müavini Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin proqram təminatının inkişafı üzrə direktoru təyin olunub.

O, həmçinin təmsil etdiyi mərkəzdə təlimlər keçməyə başlayıb. 

Qeyd edək ki, Məhəbbət Vəliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 1 fevral 2021-ci ildə öz ərizəsinə əsasən, səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az