Türkiyənin Bakıkesir şəhərinin Erdemit rayonunda 21 nəfər Kazdağlarında əlverişsiz hava şəraitində köməksiz vəziyyətdə qalıb.
Onlardan 17-si hərbçi olmaqla 4-ü Balıkesir Böyükşəhər Bələdiyyəsinin yol asfaltlama qrupu personalıdır.
Qeyd edilir ki, Hava Radar Komandanlığına aid hərbi personalı daşıyan üç avtomobil axşam saatlarında yağan güclü qar və çovğun səbəbiylə yolda qalıb.
Güclü qar səbəbindən ərazidən çıxa bilməyən insanlar üçün helikopter göndərilib.