Rusiya Prezidenti Vladimir Putin enerji sahəsində ABŞ lideri Co Bayden üzərində böyük qələbə qazanıb.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı siyasətçi Mett Dolanın məqaləsində bildirilib.
Onun fikrincə, Ağ Evin rəhbəri atmosferə atılan tullantıları azaltmaq üçün ABŞ-ın qaz və neft sənayesini məhv edir:
“Beləliklə, o, Keyston XL neft kəmərinin həyata keçirilməsini qadağan etdi və 5-ci xətt magistralının dayanmasına mane olmadı”.
Dolan qeyd edib ki, bu və bir çox digər tədbirlər ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmalı idi, lakin Bayden vəzifəyə gələndən sonra atmosferi çirkləndirən maddələr 5 faiz artıb:
"Bu addımlardan kimlər faydalandı? Açıq şəkildə qalib Rusiya Prezidenti Vladimir Putindir, o, qlobal bazarlarda yanacağa artan tələbatı tez bir zamanda ödəyir”