Bakıda ofis yanıb.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 300 m² olan ofisin 1 otağında əşyalar 5 m² sahədə, elektrik lövhəsində 6 ədəd sayğac və 2-ci mərtəbəsinin çöl divarında quraşdırılan kondisionerin kompressoru yanıb.
Ofisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.