2021-ci ildə dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə yanaşı, Azərbaycanda qeyri-neft məhsullarının ixracı ilə bağlı əldə edilən yüksək artım tempi xarici ticarət balansında müsbət dinamikaya səbəb olub.
Manset.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
O bildirib ki, ötən il bu göstərici 3,5 dəfə artaraq 10,5 milyard dollara çatıb.