Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xətti çəkiləcək - VİDEO

16:06 - 15 Fevral 2022

Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xətti çəkiləcək - VİDEO

Zəngəzur dəhlizi ilə Naxçıvana 330 kV-luq elektrik xəttinin çəkilməsi gündəmdir.

 

Manset.az xəbər verir ki, bunu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.

T.Abdullayev bildirib ki, Cəbrayıl rayonuna Ağcabədi və İmişlidən 330 kV-luq xəttin çəkilməsi nəzərdə tutulur.

“Zəngəzur dəhlizi vasitəsi ilə Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsi ilə elektrik enerjisinin Türkiyəyə oradan da Avropa bazarına ixrac edilməsi məsələsi nəzərdə tutulur”, - deyə T.Abdullayev əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az