İlham Əliyev Rusiya ilə imzalanacaq sənəddən danışdı

17:07 - 22 Fevral 2022

İlham Əliyev Rusiya ilə imzalanacaq sənəddən danışdı

“Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Münasibətləri Haqqında Bəyannamə kifayət qədər genişdir”.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, sözügedən bəyannamədə təqribən 40 bənd var və müxtəlif sahələri əhatə edir.

Xatırladaq ki, Kremlin yaydığı məlumata görə, danışıqların yekununda İlham Əliyevlə Vladimir Putin Azərbaycan və Rusiya arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiqlik Münasibətləri Haqqında Bəyannamə imzalayacaqlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az