Ukraynanın paytaxtı Kiyevə hücumda Rusiyanın Silahlı Qüvvələrinin birləşmələri arasında çeçen xüsusi təyinatlılar da olacaq.
Manset.az-ın məlumatına görə, Ukrayna mediası bildirir ki, Çeçenistanın Dövlət Teleradio Şirkəti Çeçenistan Prezidenti Ramzan Kadırovun Kiyev yaxınlığına səfəri ilə bağlı görüntülər yayıb.
R.Kadırovun köməkçisi isə İnstagram-da əvvəlcə Çeçenistan Prezidentinin Kiyevə yollandığı təyyarədən, sonra da çeçen döyüşçülərin olduğu məkandan görüntülər paylaşıb.
Çeçenistan Prezidentinin Administrasiyası Ukrayna və Rusiya mediasında, habelə sosial şəbəkələrdə yer alan bu xəbəri şərh etməyib.