Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynadakı vəziyyəti müzakirə ETDİ

18:45 - 01 Mart 2022

Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynadakı vəziyyəti müzakirə ETDİ

1 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.

Bu barədə Manşet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər regional məsələlər, xüsusilə Ukraynadakı vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini, habelə qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az