"O səs Türkiyə"də Hadisənin yerinə o OLACAQ

17:08 - 15 Sentyabr 2021

\"O səs Türkiyə\"də Hadisənin yerinə o OLACAQ

"O səs Türkiyə"də münsif kürsüsündə əyləşən müğənni Hadisənin yerini kimin alacağı bəlli olub.

 

Manset.az xəbər verir ki, bu barədə proqramın aparıcısı Acun Ilıcalı danışıb. O, yeni mövsümdən münsif heyətinə ifaçı Oğuzhan Koçun qatılacağını bildirib:

"Proqram əyləncəli olmalıdır. Ebru Gündeşlə razılaşdıq. Çox xoşbəxtik. Beyazın da münsiflər heyətində olacağını düşünürük. Oğuzhan Koçla da hazırda danışıqlar gedir, onu proqrama yaraşdırıram".

Qeyd edək ki, Hadisənin proqramdan ayrılma səbəbi Ebru Gündeşlə arasında yaşanan qalmaqal olub. Hadisənin həmkarı Ebrunun keçmiş həyat yoldaşı Rza Zerrabla gizli münasibət yaşadığı iddia edilmişdi.

Hazırda Hadisə Acunun yeni platforması olan “Exxen”də yayımlanan “O səs Türkiyə rep” proqramında münsifdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az