“Brent” markalı neftin qiyməti aprelin 13-dən bəri ilk dəfə olaraq 102 dollar/barel keçib.
Manset.az xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları sübut edir.
Belə ki, Bakı vaxtı ilə saat 19:43-ə olan məlumata görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 3,58% artaraq bir barel üçün 102,01 dollar olub. WTI markalı neftin iyun fyuçersləri 3,84% artaraq 93,11 dollar olub.