"Yelo Bank"a sanksiya qoyuldu?

09:10 - 21 May 2026

\"Yelo Bank\"a sanksiya qoyuldu?

Azərbaycanda "Yelo Bank" üzərindən göndərilən vəsaitlərin bəzi yerli banklar tərəfindən qəbul edilməməsi ilə bağlı iddialar yayılıb.


Manset.az-ın məlumatına görə, məsələ ilə bağlı narazılıq yaşayanlardan biri də aparıcı Raqif Raufoğlu olub. O, sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, yerli banklardan biri "Yelo Bank" vasitəsilə göndərilən məbləği qəbul etməyib.

Yayılan iddialarda "Yelo Bank"a qarşı sanksiya tətbiq olunduğu qeyd edilsə də, Mərkəzi Bank rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlamasında ölkə daxilində banka qarşı hər hansı sanksiyanın olmadığını vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az