logo
logo logo
logo

Bu müəllimlər daha yüksək maaş alır

10:41 - 30 İyun 2026

Bu müəllimlər daha yüksək maaş alır

"2014-cü illə müqayisədə Azərbaycanda müəllimlərin əməkhaqqısı 4 dəfəyə qədər artıb".


Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, müəllim heyətinin orta aylıq əməkhaqqısı 1 030 manatdır:

"Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üzrə (35% əlavə alanlar) 30 590 nəfərin orta aylıq əməkhaqqısı 1 300 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10% əlavə alanlar) 60 818 nəfərin orta aylıq əməkhaqqısı 1 010 manat, sertifikatlaşdırmada iştirak etməyən və ya I cəhddə uğur qazanmayan heyət üzrə 23 984 nəfərin orta aylıq əməkhaqqısı 770 manatdır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az