logo
logo logo
logo

Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək

22:15 - 21 Avqust 2026

Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.


Manset.az Report-a istinadən xəbər verir ki, 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan 22 avqust tarixində "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az