Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər tutuldular - VİDEO

11:59 - 27 May 2026

Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər tutuldular - VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kq narkotik vasitə gətirən şəxslər saxlanılıblar.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlrər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Biləsuvarda rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10 104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb.

Əvvəlcədən ötürülən lokasiyası vasitəsilə narkotik vasitələri əldə edən əvvəllər məhkum olunan 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər.

Araşdırmalarla müəyyən edilib ki, C.Qəhrəmanov və R.Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməli planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az