logo
logo logo
logo

Paytaxtda qadınlara qarşı əxlaqsız təkliflər edən şəxs HƏBS EDİLDİ

20:34 - 16 İyun 2026

Paytaxtda qadınlara qarşı əxlaqsız təkliflər edən şəxs HƏBS EDİLDİ

Bakıda ictimai nəqliyyatda qadınlara qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Paylaşılan videolardan sonra sosial şəbəkə istifadəçilərinin yazdıqları şərhlərdən məlum olub ki, görüntülərdə əks olunan şəxs xeyli sayda qadına qarşı da oxşar xarakterli əxlaqsız hərəkətlər edib.

Məsələ ilə bağlı polis araşdırmalara başlayıb və həmin şəxs saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Bakıda 119 nömrəli marşrut avtobusunda qadınlara qarşı əxlaqsız hərəkətlər edən şəxs 46 yaşlı Nizami İsgəndərovdur.

Adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az