logo
logo logo
logo

Babək rayonunda qəza - Xəsarət alanlar var

21:33 - 28 İyun 2026

Babək rayonunda qəza - Xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, "VAZ-21015" markalı avtomobillə "NAZ-Lifan" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəzada 2009-cu il təvəllüdlü Abbasov Namiq Qılman oğlu, 2003-cü il təvəllüdlü Hacıyev Elnur Çingiz oğlu və 2010-cu il təvəllüdlü Ələkbərov Amin Təbriz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılaraq müalicəyə cəlb ediliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az