logo
logo logo
logo

Xaçmazda bir gündə 2 ata övladını bıçaqladı

13:15 - 15 Avqust 2026

Xaçmazda bir gündə 2 ata övladını bıçaqladı

Xaçmazda iki ata oğlunu bıçaqlayıb.


Manset.az xəbər verir ki, Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Əsəd oğlu Musayev avqustun 14-ü saat 23 radələrində 22 yaşlı oğlu Murad Musayevə mətbəx bıçağı ilə böyrək nahiyəsindən xəsarət yetirib. Yaralı sağ böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə dərhal Xaçmaz Rayon mərkəzi Xəstəxanasına çatdırılıb.

Oxşar hadisə rayonun Qadaşoba kəndində də baş verib. Kənd sakini 1986-cı il təvəllüdlü Saməddin Bədrəddin oğlu Şixanov 18 yaşlı oğlu Ceyhun Şıxanova bıçaqla zərbə endirib.

Xəsarət alan hər iki şəxsin həyatına yəhlükə yoxdur, vəziyyətləri qənaətbəxşdir.

Hadisələrlə bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az