Avstriyada keçirilən "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib.
Manset.az xəbər verir ki, müsabiqədə 2 nömrə altında "Just Go" adlı mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi Cəmilə Həşimova müsabiqənin ikinci yarımfinal mərhələsində mübarizəni dayandırıb.
Qeyd edək ki, "Avroviziya-2026" müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan iştirakçılar tamaşaçı səsverməsi nəticəsində müəyyənləşib.
***
14 may, 23:58
Beynəlxalq musiqi yarışı “Avroviziya 2026” davam edir.
Manset.az xəbər verir ki, müsabiqə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilir.
Bu gecə keçirilən ikinci yarımfinal mərhələsində ölkəmizi JIVA (Cəmilə Həşimova) təmsil edir.
Təmsilçimiz bu yarımfinalda “Just Go” mahnısı ilə ikinci sırada səhnəyə çıxıb.