Aktyor Elcan Rəsulovun səhhətində problem yaranıb.
Manset.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında video paylaşaraq məlumat yayıb.
"Bu nə virus, nə xəstəlikdirsə, mənim üçün də yenilikdir. Ənənəvi müalicə üsullarımız effekt vermir. Danışa bilmirəm deyə heç kimə cavab vermirəm, üzrlü sayın. "Sənə nə olub?" suallarına isə cavabım budur ki, xəstələnmişəm. Sabah "Kəlmə-kəlməyə" yarışının finalıdır. Ən çox ona görə narahatam", - deyə E.Rəsulov bildirib.