Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başladı

09:15 - 05 İyun 2026

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başladı

Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.


Manset.az Report-a istinadən xəbər verir ki, gün ərzində "Tağıyev. Neft" bədii və "Cənnət yuxusu" bədii-sənədli filmlərinin nümayişi, həmçinin Xalq şairi Səməd Vurğunun ədəbi-bədii irsinə həsr olunmuş məruzə və bir neçə sərginin təqdimatı nəzərdə tutulub.

Axşam saatlarında isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala konserti təqdim olunacaq.

Mədəniyyət günləri üç gün davam edəcək və Türkmənistanın Aşqabaq və Arkadağ şəhərlərində müxtəlif tədbir, nümayiş və konsertlərlə keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az