Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 7-də Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılış mərasimi olub.
Manset.az xəbər verir ki, tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış ediblər.
Çıxışlarda qardaş ölkənin əsas kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılması əlamətdar mədəni hadisə kimi qiymətləndirilib.
Bildirilib ki, bu xarici ölkələrdə yaradılan 19-cu belə guşədir. Guşənin açılması Azərbaycanın görkəmli ədəbi-ictimai xadimlərinin əsərləri ilə xaricdə yaşayan soydaşlarımızın, həmçinin yerli vətəndaşların daha yaxından tanış olması üçün imkan yaradır.
Qeyd edək ki, yeni yaradılan guşədə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair müxtəlif nəşrlər yer alıb. Gələcəkdə Azərbaycan Milli Kitabxanası tərəfindən guşənin yeni nəşrlərlə zənginləşdirilməsi