logo
logo logo
logo

Adil Kərimli UNESCO-nun 11-ci sessiyasında - FOTOLAR

10:26 - 18 İyun 2026

Adil Kərimli UNESCO-nun 11-ci sessiyasında - FOTOLAR

İyunun 17-də UNESCO-nun Baş qərargahında Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Tərəf Dövlətlərinin Baş Assambleyasının 11-ci sessiyası keçirilib.


Manset.az xəbər verir ki, sessiyada Azərbaycan nümayəndə heyətinə mədəniyyət naziri Adil Kərimli rəhbərlik edib.

Nazir çıxışında Azərbaycanın qeyri-maddi mədəni irsin qorunması və təbliği sahəsində həyata keçirdiyi tədbirlər, milli irs nümunələrinin UNESCO siyahılarında təmsil olunması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə danışıb.

Bildirilib ki, Azərbaycan qeyri-maddi mədəni irsin qorunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib və bu sahədə UNESCO ilə sıx əməkdaşlığı davam etdirir.

Sessiya çərçivəsində konvensiyanın həyata keçirilməsi, irsin qorunması mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az