logo
logo logo
logo

ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama

23:34 - 29 İyun 2026

ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama

Nuran ilə ARB TV arasında gərginlik yarandığı iddia olunub.


Manset.az xəbər verir ki, bu barədə “Skndl Mag” məlumat yayıb.

Bildirilib ki, buna  səbəb müğənninin öncədən lentə alınmış görüntü və açıqlamalarının heç bir rəsmi səbəb göstərilmədən efirə verilməməsi olub.

İfaçının komandası təkrarlanan bu haldan sonra kanal rəhbərliyi ilə məsələni aydınlaşdırmaq üçün danışıqlar aparsa da, qarşı tərəf baş verənlə bağlı əsaslı izah təqdim edə bilməyib.

Maraqlı məqam isə odur ki, ARB TV rəsmiləri Nurana qarşı hər hansı qadağanın tətbiq olunmadığını bildirsələr də, efirə getməyən materiallar və atılan addımlar bunun əksini düşündürür.

Məsələ ilə bağlı Nuran bildirib ki, sənət fəaliyyətinə başladığı gündən heç kimə hörmətsizlik etməyib və hər zaman telekanalların dəvətlərini qəbul edib. İfaçının sözlərinə görə, son bir ildə ARB TV üçün lentə alınan müsahibələrinin heç biri efirə verilməyib. O, kanalda qadağa olmadığının bildirilməsinə baxmayaraq, materialların niyə yayımlanmadığını anlamadığını və bu qərarın yenidən nəzərdən keçiriləcəyinə ümid etdiyini qeyd edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az