logo
logo logo
logo

 Milli Xalça Muzeyində yeni sərgi açıldı - FOTOLAR

11:45 - 01 İyul 2026

 Milli Xalça Muzeyində yeni sərgi açıldı - FOTOLAR

İyunun 30-da Azərbaycan Milli Xalça Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan "Türk Dünyası Həftəsi" çərçivəsində “Bir mədəniyyət xəzinəsi: "Divanü lüğat-it-türk” adlı sərgi açılıb.


Manset.az xəbər verir ki, sərgi Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Milli Təhsil Nazirliyinin Həyatboyu Öyrənmə Baş İdarəsinin Olğunlaşma İnstitutları,  Yunus Əmrə İnstitutu və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunub.

Sərgi türk mədəniyyətinin ən mühüm yazılı irs nümunələrindən biri sayılan  Mahmud Kaşğarlının “Divanü lüğat-it-türk” əsərinin müasir bədii interpretasiyasını əhatə edir.

Sərgi haqqında məlumat verən muzeyin direktoru Əminə Məlikova bildirib ki, ekspozisiyada təqdim olunan əsərlər “Divanü lüğat-it-türk”də yer alan sözlərdən, anlayışlardan, atalar sözlərindən və əsərdə əksini tapan zəngin mədəni irsdən ilhamlanaraq yaradılıb.

Sonra Azərbaycan mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, 

Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu,

Yunus Emrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan, türkiyəli professor Şükrü Haluk Akalın və Türkiyə Milli Təhsil Nazirliyi Həyatboyu Öyrənmə Baş İdarəsinin mütəxəssisi Dilay Nakış çıxış edərək 

"Türk Dünyası Həftəsi"nin və sərginin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, təqdim edilən əsərlər türk xalqlarının tarixi-mədəni yaddaşını, ortaq dəyərlərini və sosial həyatını bədii ifadə vasitələri ilə ortaya qoyur.

Toxuculuq, tikmə, keramika, ağac və metal işləmə kimi ənənəvi sənət sahələrinə aid nümunələr Qaraxanlılar dövrünün memarlıq motivləri əsasında yenidən işlənərək müasir bədii təqdimatda nümayiş olunur. Sərgidə həmçinin yazı mədəniyyətini əks etdirən mürəkkəb qabları və kitab cildləri, eləcə də miniatür sənəti vasitəsilə canlandırılmış uşaq oyunları, toy mərasimləri, döyüş və ziyafət səhnələri yer alır.

Sərgi iyulun 13-dək ziyarətçilər üçün açıq olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az